Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
Qazilər.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir.