Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Trend-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evini hədəf alıb. Atəşlər nəticəsində Dondar Quşçu kəndində yerləşən ev yararsız vəziyyətə düşüb.Kənd sakinlərinə heç bir ziyan dəyməyib.



