Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
Qazilər.az bildirir ki, bu barədə Hacı Nuran sosial media hesabında məlumat yayıb.Məlumatda bildirilir ki, Xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib. Buna səbəb səhhətindəki problemlər olub.
Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar.
Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu.
Allah rəhmət eləsin.