Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.
Qazilər.az-ın məlumatına görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Saxlanılanların olduğu bildirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. Bildirilib ki, əməliyyat barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Əməliyyatla barədə ilk xəbəri "Qafqazinfo.az" saytı yayıb.