Ana və qızını öldürən sürücü həbs olundu

Ana və qızını öldürən sürücü həbs olundu backend

Dünən – iyulun 7-də Sabirabad şəhərində iki piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qaziler.az bildirir ki, DİN-dən verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyəni vurub, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, CM-nin 263.3 maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Diaspora