"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) İdarə Heyətinin Sədri Doğan Tandoğan dünyasını dəyişib.
Qazilər.az "APA-Economics"ə istinadla xəbər verir ki, onun ölümünə səbəb koronavirus infeksiyası olub.Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümünü bitirib.
D. Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də "MilliKart" MMC-nin Direktorlar Şurasının sədri və "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.