Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.
Qazilər.az “marja.az”a istinadən xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır."Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam.
Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər", - vətəndaşlardan biri Marja-ya bildirib.
Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.