Azərbaycanda 37 yaşlı şəxs koronavirusdan vəfat edib və bu xəbəri eşidən anasının ürəyi dayanıb.
Qazilər.az xəbər verir ki, COVİD-19-a görə xəstəxanada müalicə alan Ramin Qurbanov virusla mübarizənin 9-cu günü məğlub olub.Ürək ağrıdıcı məqam budur ki, Ramin doğum günündə vəfat edib. Sosial şəbəkədə təbriklər alan Ramin öldüyü gün səhər saatlarında hər kəsə təşəkkür etmişdi. Onun Sumqayıt şəhər sakini olduğu bildirilir.
Başqa bir məlumatda Raminin ölüm xəbərini eşidən anasının da vəfat etdiyi bildirilir. Teymur Hacıyev adlı "Facebook" istifadəçisi yazıb ki, Ramin Qurbanovun anası oğlunun ölümünə tab gətirməyib.
Allah rəhmət etsin.
BAKU.WS