Oğurluq etdikdən sonra toya gedən şəxsin işi - izi itirmək istəyirmiş

Oğurluq etdikdən sonra toya gedən şəxsin işi - izi itirmək istəyirmiş backend

Həmyerlisinin evindən oğurluq edən şəxslər hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Zaqatala Rayon Məhkəməsi oğurluqda təqsirləndirilən Seymur Mahmudov və Elxan Canımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. İş üzrə istintaq davam edir.

Oğurluq hadisəsi Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib. Kənd sakini evindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə polisə məlumat verib.

Polis əməkdaşları əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan eyni kəndin sakini - Elxan Canımov saxlayıb. Qızıl-zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülüb.

Elxan Canımov həmin gün toy mərasimində olub. Məclisdən çıxan şəxs oğurluq etdikdən sonra izi itirmək barədə də düşünüb. Elxan şübhə doğurmamaq üçün yenidə toy məclisinə qayıdıb.

Araşdırmalar zamanı Elxanın oğurluğu Seymur Mahmudovla birlikdə törətdiyi üzə çıxıb.
Diaspora