İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı

İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı backend

Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşən 3 qız tapılıb.

Qazilər.az cenub.az-a istinadən xəbər verir ki, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər.

Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir "KamAZ" maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışlar başlayıb.
Diaspora