Azərbaycan vətəndaşlarının Rusiya-Azərbaycan sərhədindən keçməsini tələb etməsindən sonra yaranan insidentdə dörd rus polisi yaralanıb.
Qaynarinfo Mk.ru-ya istinadla xəbər verir ki, bu barədə Dərbənd rayonunun başçı əvəzi Fuad Şıxıyev məlumat verib.Xəbərdə qeyd edilir ki, koronavirus pandemiyası səbəbindən Rusiyadan çıxma qadağası ilə əlaqədar olaraq Dərbənd rayonu və Dərbənd bölgəsində qalan Azərbaycan vətəndaşları vətənlərinə buraxılmalarını tələb edib. Dağıstanın Məhərrəmkənd rayonu ilə sərhəddəki Dərbənd rayonunun Kullar kəndi yaxınlığında azərbaycanlıların qanunsuz düşərgəsi yerləşir.
Rayon rəhbərinin sözlərinə görə, hadisədən sonra dörd polis əməkdaşı icazəsiz düşərgədə baş verən insidentdən sonra xəstəxanaya aparılıb. Ayrıca, hüquq-mühafizə vasitələrinə ziyan dəyib. Hazırda münaqişə həll olunub, qanunu pozduğu deyilən azərbaycanlılar polis şöbəsinə aparılıb.
MK.ru qeyd edir ki, Azərbaycan vətəndaşları evlərini qayıdanların siyahıları məlum olduqdan sonra iğtişaş başladıblar. Məlum olub ki, hamıdan əvvəl buraya gələnlər vətənə ilk qayıdanların siyahısında olmadıqlarına görə etiraz ediblər və qarışıqlıq yaranıb. Polisin xidməti silahlardan xəbərdarlıq atəşi açdığı bildirilir.
Azərbaycan tərəfi hələ ki, məsələyə münasibət bildirməyib.