Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbənin qatilinin tapılması üçün mükafat təyin olunub.
Qazilər.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Volqoqrad vilayətinin qubernatorunun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, qubernator Andrey Boçarov tibb təhsili alan 17 yaşlı Timur Qavrilovun qətlinin üstünün açılması üçün mükafat təyin edilməsi haqqında qərar verib.
Qeyd edək ki, iyunun 13-də Volqoqrad şəhərinin Voroşilovskiy rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun cəsədi tapılıb. Tələbə yataqxanasının yanında xüsusi amansızlıqla qətlə yetirilən Azərbaycan vətəndaşının 17 yaşı olub. O, Volqradda Tibbi Universitetinin I kursunda təhsil alırmış.
Məlum olub ki, dostları gildən gələn Timur naməlum şəxs tərəfindən 20 bıçaq zərbəsi ilə qətlə yetirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.