2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən dənizçilərdən daha ikisinin meyiti tapılıb.
Qazilər.az bildirir ki, bu barədə Axar.az-a özəl mənbədən məlumat verilib.Bildirilir ki, bu meyitlər də ötəndəfəki kimi, 190 metr dərinlikdə aşkarlanıb.
Hazırda meyitlərin dərinlikdən çıxarılması üçün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.
Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.
Ötən ay itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.
Hazırda tapılan meyitlərin də tanınan vəziyyətdə olduğu iddia edilir.