ABŞ-da polis qoca kişini əzib keçdi

ABŞ-da polis qoca kişini əzib keçdi backend

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində polisin 75 yaşlı kişini yerə yıxması nəticəsində onun başı yarılıb.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, hadisə Corc Floydun ölümünə etiraz olaraq keçirilən aksiyada baş verib.

Videoda bir polisin əli, digərinin isə dəyənəyi ilə onlara doğru gələn yaşlı kişini yıxdıqları əks olunub. Qoca yerə yıxılandan sonra onun başından qan axmağa başlayır. Kişinin ciddi xəsarət almasına baxmayaraq, polis zabitləri ona, demək olar ki, fikir verməyərək yanından keçib gedirlər. Videoda həmçinin bir polisin həkimləri çağırdığı görüntülənib.

Bildirilib ki, videodakı ağdərili yaşlı kişinin kimliyi bəlli deyil.

Məlumata görə, insidentə səbəb olan 2 polis əməkdaşı işindən uzaqlaşdırılıb.

Diaspora