Göyçay sakini özünü körpüdən çaya atıb - Səbəb - FOTO

Göyçay sakini özünü körpüdən çaya atıb - Səbəb - FOTO backend

Göyçay rayonunda intihar edən şəxsin kimliyi məlum olub.

Qazilər.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, həmin şəxsin rayonun Göyçay şəhərində yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu olduğu müəyyənləşib. Onun ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd etdiyi bildirilir.

Qeyd edək ki, Göyçay rayonunda intihar hadisəsi baş verib. Hadisə bu gün səhər saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hazırda onun meyitinin çaydan çıxarılması üçün tədbirlər görülür.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diaspora