Ermənistanda etiraz: Maşını devirdilər

Ermənistanda etiraz: Maşını devirdilər backend

Ermənistanın Armavir vilayətindəki “Meymandar” bazarının işçiləri etiraz aksiyası keçirib.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, aksiya zamanı bazar yaxınlığında yerləşən avtomobillərdən biri etirazçılar tərəfindən devrilib.

Polis insidentlə bağlı yaydığı məlumatda faktı təsdiq edib.

Aksiya bazarın dezinfeksiya işləri üçün 24 saatlıq bağlanması ilə əlaqədar verilən əmrə görə başlayıb. Bununla belə polis bazarın fəaliyyətini 24 saat dayandırmağa nail olduğunu deyib.

Artıq məsələ ilə bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Aksiyanın 30-dan çox iştirakçısı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bundan öncə Ermənistan Qida Təhlükəsizliyi Dövlət Xidməti və Fövqəladə vəziyyət rejimi komendantlığı epidemioloji normalara əməl olunmaması iddiasıyla “Meymandar” bazarının 24 saat bağlanması haqqında qərar qəbul etmişdi. Bazarın bağlanmasına satıcılar etiraz etmişdilər. Onlar bazarın bağlanması barədə öncədən onlara xəbər verilmədiyini, buna görə də bazar bağlanacağı təqdirdə hazırkı məhsullarının bir günə məhv olacağını bildiriblər.

Diaspora