Azərbaycanda baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını vəhşicəsinə döydü

Azərbaycanda baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını vəhşicəsinə döydü backend

Şirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb.

APA-nın məlumatına görə, şikayətində 26 may saat 13:00 radələrində M.Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək, baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib.

Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nikahda yaşayıb.

Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.

Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələrdə geniş yayılıb.

Diaspora