Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.
Qazilər.az xəbər verir ki, ayıya 4 keyidici iynə vurulub. Preparatın tam təsir göstərməsi gözlənilir.Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.
Ərazi xüsusi mühafizə olunur, hazırda ayının evakuasiya olunması prosesi gedir.
Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.