Qusarda faciə: Hasar 3 uşağın üstünə aşdı, ölən var

Qusarda faciə: Hasar 3 uşağın üstünə aşdı, ölən var backend

Qusar rayonunda faciə baş verib.

Qazilər.az-ın məlumatına görə, hadisə rayonun Cibir kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Valəddin Şeydayevə məxsus həyətin mişar daşı ilə hörülmüş hasarı və dəmir qapı uçub. Hadisə nəticəsində hasarın yanında olan 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva hasarın və darvazanın altında qalıb.

A.Əlisultanov hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusarda hasarın aşması nəticəsində xəsarət alan uşaqların son durumunu açıqlayıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı xəsarət alan 2010-cu il təvəllüdlü Ramal Şeydayev döş qəfəsinin küt travması, pnevma-hematoroks, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva qarın nahiyəsinin küt travması ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Hər iki azyaşlı əməliyyat olunub və hazırda onların vəziyyəti stabil-ağır olaraq qalır”, - TƏBİB sözçücü deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 2012-ci il təvəllüdlü A.Əlisultanovun meyiti ekspertiziya göndərilib.
Diaspora