Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qazilər.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.Ölənlərdən biri 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Hadisə nəticəsində dünyasını dəyişənlərin digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.
Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.



