Xəbər verdiyimiz ki, Bakıda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı 28 yaşlı Rafiq Əhmədov yaşadığı mənzildə özünü asaraq dünyasını dəyişib.
Qazilər.az bildirir ki, sonxeber.az özünü asan polislə bağlı bəzi məlumatlar əldə edib.Belə ki, Rafiq Əhmədovun 28 yox, 31 yaşı olub. İntihar edən polis subay olub. O, borcu olduğuna görə intihar edib.
Ailədə iki uşaq olublar. Bacısı ailəlidir. Dünən evə gələn Rafiq Əhmədov anasını qucaqlayaraq onu çox istədiyini bildirib. Daha sonra anasına ürəyinin şirniyyat istədiyini deyib. Ona görə un alması üçün anasını mağazaya göndərib. Bundan istifadə edən Rafiq Əhmədov bacısına "WhatsApp" vasitəsilə mesaj göndərərək halallaşıb və özünü asıb. Bacısı həyətdə olduğu və interneti olmadığı üçün qardaşının mesajını gec görüb. Anası evə qayıdan zaman oğlunun asılmış meyitini tapıb.