Bakıda mərkəzi yolların birində qəza hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.Yayılan görüntülərdə “Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşının toqquşması öz əksini tapıb.
Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını olub.