May ayında 5 nəfəri ilan sancıb

May ayında 5 nəfəri ilan sancıb backend

“May ayında 12 nəfər dərmandan zəhərlənmə ilə Klinik Tibbi Mərkəzə müraciət edib”.

Qazilər.az bildirir ki, bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı isə 9 nəfər müraciət edib: “Mayda dərmandan zəhərlənmə ilə əlaqədar ölüm halı qeydə alınmayıb”.

Toksikoloq həmçinin bildirib ki, mayın əvvəlindən indiyədək 5 nəfəri ilan sancıb. Onun sözlərinə görə həmin şəxslər evə buraxılıblar.

A.Maqsudov qeyd edib ki, bu ay ərzində dəm qazından 5 nəfər zəhərlənib.
Diaspora