Mingəçevirdə iş adamının evinə basqın oldu: Yaralılar var

Mingəçevirdə iş adamının evinə basqın oldu: Yaralılar var backend

Mingəçevirdə oğurluq üçün yaşayış evinə soxulan şəxslər oranın sahiblərinə ağır xəsarət yetiriblər.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki M.Allahverdiyev iş adamıdır. İlkin məlumata görə, qarətçilər bir neçə nəfər olub. Hazırda faktla əlaqədar hadisə yerində araşdırma aparılır.
Diaspora