Ceyranbatan su anbarında batan şəxsin meyiti sudan çıxarılıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, mərhumun Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün, 41 yaşlı Fariz Təhməzov olduğu müəyyənləşib.Onun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.
F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.