Bərdədə oğlan atın vurduğu zərbədən komaya düşdü

Bərdədə oğlan atın vurduğu zərbədən komaya düşdü backend

Bərdə rayonunda 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Otuzikilər kəndində baş verib verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Şükürov Asəf Etibar oğlunu yaşadığı evin həyətində at vurub.

Yaralı ağır bədən xəsarətləri ilə komatoz vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.
Diaspora