Türkiyədə virusdan ölən azərbaycanlı həkimlə bağlı açıqlama

Türkiyədə virusdan ölən azərbaycanlı həkimlə bağlı açıqlama backend

Türkiyədə koronavirusdan vəfat edən azərbaycanlı həkim bu ölkənin vətəndaşıdır.

Qazilər.az bildirir ki, bu barədə “Report”un yerli bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Konsulluqdan bildirilib ki, may ayının 10-da İstanbulda müalicə olunduğu xəsətəxanalardan birində vəfat edən həkim Tahir Bababəyli Azərbaycan vətəndaşı deyil və bu səbəbdən də, konsulluq onun dəfni ilə bağlı proseslərdə iştirak edə bilmir: “İstanbulda vəfat edən azərbaycanlı həkim Tahir Bababəyli barədə məlumatımız var. O, Türkiyə vətəndaşdıdır. T.Bababəyli ilə bağlı qərarlar ailəsinə və vətəndaşı olduğu ölkəyə məxsusdur”.

Qeyd edək ki, 61 yaşlı T.Bababəyli İstanbulda Kayabaşı Məhəlləsi Xəstəxanasında çalışıb. Bu barədə məlumatı Türkiyədə yaşayan professor Toğrul İsmayıl özünün “facebook” hesabında yayıb. O, bildirib ki, T.Bababəyli aprelin 10-da koronavirus infeksiyasına yoluxub, 20 gün əvvəl isə komaya düşərək vəfat edib.
Diaspora