Sumqayıtda avtobus qəzası - 14 nəfər xəstəxanalıq oldu

Sumqayıtda avtobus qəzası - 14 nəfər xəstəxanalıq oldu backend

Sumqayıtda iki avtobusun iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, şəhərin Sülh prospektində qeydə alınan qəzaya səbəb ara məsafəsinin saxlanılmaması olub.

Baş vermiş hadisədə 14 nəfər xəsarət alıb və onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərdən 12-nin xəsarətləri yüngül olduğundan ilkin ambulator müalicədən sonra yola salınıblar, 2 nəfər isə stasionar müalicə olunurlar.
Diaspora