Gürcüstanda koronavirus simptomları daşıyan şəxslər təcili yardım maşınına hücum etdi

Gürcüstanda koronavirus simptomları daşıyan şəxslər təcili yardım maşınına hücum etdi backend

Gürcüstanın Bolnisi rayonunun Muşavani kəndinin bir neçə sakini koronavirus simptomları daşımalarına baxmayaraq, xəstəxanaya aparılmaqdan imtina edib və təcili yardım maşınına daş atıblar.

Bu barədə jam-news.net məlumat yayıb.

Yerli deputat Qoqi Meşvelianinin sözlərinə görə, sözügedən gənclər sərxoş vəziyyətdə olub:

“Onlar qışqırırdılar: kənddə virus yoxdur, bizi rahat buraxın. Onların sayı kifayət qədər çox idi, bizi daş və dəyənəklərlə təhdid edirdilər. Nəticədə təcili yardım maşınına və mənim avtomobilimə zərər dəydi”.

Kənddə yoluxmanın bir ailənin üzvləri arasında qeydə alındığı və onların da hələlik xəstəxanaya aparılmadığı bildirilir.

Faktla bağlı araşdırma başladılıb.
Diaspora