Azərbaycanlılar koronaya görə gələn həkimləri qovdu

Azərbaycanlılar koronaya görə gələn həkimləri qovdu backend

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində insident baş verib.

Report xəbər verir ki, kənddə koronavirusa yoluxan şəxslərin klinikaya aparılması sakinlərin etirazına səbəb olub.

Sakinlər təcili tibbi yardım həkimləri və polis əməkdaşlarına müqavimət göstəriblər. Qarşıdurma zamanı Bolnisinin icra başçısının kənd üzrə nümayəndəsinin avtomobili daşa tutulub.

Hadisə zamanı xəsarət alan olmayıb. Həkimlər və polis əməkdaşları kəndi tərk ediblər.

COVID-19 infeksiyasının təsdiqləndiyi 10 nəfər hazırda kənddə qalır. Onların xəstəxanaya çatdırılması ilə bağlı danışıqlar aparılır.

Diaspora