Masallı rayonunda bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.Kənd sakini, 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb. Hadisə nəticəsində uşaq daşın altında qalaraq ölüb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.