Yer kürəsinə daha bir komet yaxınlaşır

Yer kürəsinə daha bir komet yaxınlaşır backend

May ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edilib.

"Report" AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək.

Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, mayın 12-də isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək.

Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.

Xatırladaq ki, aprelin 11-də Yer kürəsinə yaxınlaşması gözlənilən “Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşdi.
Diaspora