Bakıda taksi karantin postundakı polisləri vurub.
Trend-in məlumatına görə, hadisə aprelin 19-da saat 22 radələrində qeydə alınıb.Xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi "London Taxi" markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.
Onlar DİN-in Hospitalına yerləşdirilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.