Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər yaxalanıb - RƏSMİ

Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər yaxalanıb - RƏSMİ backend

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qazilər.az xəbər verir ki, DSX-dan verilən məlumata görə, son həftə ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 mm-lik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Belə ki,15 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sində iki şəxsin İran İslam Respub­li­ka­sın­dan Azərbaycan Respulikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini verib. Geriyə qaçmağa cəhd göstərən sərhəd po­zucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və onlar təqib edilərək yaxalanıblar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq 800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülüb.

Eyni zamanda 19 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12030 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 mm-lik “Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Diaspora