Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Qazilər.az xəbər verir ki, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.
Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.
***
Şəmkirdə qətl hadisə baş verib.
Hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 25 yaşlı Nailə adlı qadın əri tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanıb.
Faktla bağlı araşdırma aparılır.
APA