Boş qalmış Qəbələnin sürpriz gecə qonağı

Boş qalmış Qəbələnin sürpriz gecə qonağı backend

Bir müddətdir səssizliyə qərq olmuş Qəbələ gecələri artıq dəfələrlə təkrarlanan görüntüyə şahidlik edib.

Aprelin 17-də gecə saat 23.35 radələrində rayonun Həzi Aslanov küçəsində ayı potası görülüb.

Şahidlərinin sözlərinə görə, ayı balası şəhər mərkəzindən 5 km aralıda yerləşən, kənd başı adlanan Dəmiraparan çayının sahillərində görünüb. Bu ərazidə iki böyük otel və istirahət mərkəzləri var, rayonun ən çox turizm obyektlərinin olduğu ərazi sayılır.

İstirahət mərkəzlərinin zibil qabları olduğundan, ayılar bəzən gecələr yem tapmaq məqsədi ilə dağdan enirlər. Güman olunur ki, ayı balası ac olduğundan həmin şəhərə enib.

Onu da qeyd edək ki, çayın sol sahilindən 350-400 m aralıda dağlıq ərazi yerləşir. Bu mənzərə qısa müddətdə dəfələrlə təkrar olunur.



Sputnik.az
Diaspora