Ağstafada uşağın başına televizor düşüb

Ağstafada uşağın başına televizor düşüb backend

Ağstafada 4 yaşlı qızın başına televizor düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

2016-cı il təvəllüdlü Hacıbalayeva Fatimə Rahil qızı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, uşağın başına köhnə televizor düşüb.
Diaspora