Azərbaycanda 17 yaşlı qız özünü asdı

Azərbaycanda 17 yaşlı qız özünü asdı backend

Ağstafa rayonunda yeniyetmə qız özünü asaraq intihara cəhd edib.

Report xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 17 yaşlı yeniyetmə qız yaşadığı evdə özünü asaraq intihara cəhd edib.

O, ağır halda xəstəxanaya aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən yeniyetmənin vəziyyəti ağır olaraq qalır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
Diaspora