Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı koronavirus səbəbindən vəfat edib.
Qazilər.az publika.az-a istinadən xəbər verir ki, Moskvada yaşayan Vasif adlı iş adamının yaxınları onun fotosunu paylaşaraq başsağlığı veriblər.Bildirilib ki, təxminən 10 gün əvvəl Vasifdə koronavirus aşkar edilib. Tibbi müdaxilələrə baxmayaraq o vəfat edib.
Vəfat edən şəxsin cənazəsinin həftənin şənbə günü ölkəyə gətiriləcəyi gözlənilir.