Şabranda ana və oğlu güllələnərək öldürülüb

Şabranda ana və oğlu güllələnərək öldürülüb backend

Şabranda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, Nahid adlı kənd sakini 1963-cü il təvəllüdlü İstək Məmmədovanı və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovu ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.
Diaspora