Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.
APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.


