Azərbaycanın bu kəndinə 10 sm qar yağdı - FOTO

Azərbaycanın bu kəndinə 10 sm qar yağdı - FOTO backend

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.

Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.

Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.
Diaspora