Rayondan Bakıya gələn, tıxacda qalan yüzlərlə maşın geri qaytarıldı - RƏSMİ AÇIQLAMA

Rayondan Bakıya gələn, tıxacda qalan yüzlərlə maşın geri qaytarıldı - RƏSMİ AÇIQLAMA backend

"Bu gecə saat 00:00-dan sonra Bakı istiqamətinə hərəkət edən 400-dən çox avtomobil geri qaytarılıb”.

Qaziler.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, bu avtomobillərin qaytarılması təkcə Qaradağ rayonu istiqamətində qeydə alınıb:

"Qaydalara riayət etməyənlər də çox olub. Vətəndaşlardan bəziləri vaxtı, bəziləri hava şəraitini və digər bu kimi səbəbləri bəhanə ediblər, amma bu kimi bəhanələr nəzərə alınmayıb.

Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qərar verib, Baş Dövlət Yol Polisi İdarəsi də onu yerinə yetirir.

Məhdudiyyət martın 29-na kimi davam edəcək. Qadağanı pozmağa cəhd edənlərlə bağlı ciddi intizam tənbehi tədbiri görüləcək”.

Kamran Əliyev şəhərin mərkəzi istiqamətində yaranan tıxacla bağlı görüntülərə də münasibət bildirib:

"Dünən şəhər istiqamətinə nəqliyyatın yüksək intensivliyi müşahidə olunub, amma həmin görüntülər köhnədir, dünənki intensivliklə bağlı olmayıb”.
Diaspora