Xızıda üç gün əvvəl törədilən qətlin üstü açıldı - Yeniyetmə...

Xızıda üç gün əvvəl törədilən qətlin üstü açıldı - Yeniyetmə... backend

Xızı Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl rayon ərazisində törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, martın 15-də 2003-cu il təvəllüdlü Şorabad qəsəbə sakini Allahşükür Əliyevin bıçaqla yetirilən xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub.

Yeniyetmə əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Xızı rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Diaspora