Beynəlxalq Astronomiya İttifaqının üzvü “Yeni Müsavat”a nələr dedi?
Yerə nəhəng asteroid yaxınlaşır. Dünya mediası yazır ki, astronomlar onun Yerlə toqquşma ehtimalını istisna etmirlər. Asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq.
Bu vaxt o, Yerdən 6,29 milyon kilometr məsafədə olacaq. Bu isə Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə çoxdur.
Buna baxmayaraq, asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır.
O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir. NASA-dan bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometrdir.
Asteroidlər - Günəşin ətrafında Yer kürəsi kimi orbitlə hərəkət edən kiçik cisimlərdir. Daha böyük asteroidlər - planetoidlər və ya kiçik planetlər adlandırılır, daha kiçik asteroidlər isə - meteor gövdələridir.
Yuxarıdakılardan biri bizim planetin atmosferinə daxil olanda o, meteor olur. Bir çox meteor atmosferin içərisindən sürətlə keçərkən parçalanaraq axıra qədər yanırlar.
Ekspertlər risk dərəcəsini müəyyən etməyə, eyni zamanda Yer kürəsi və planetin sakinlərini asteroidlərin təhlükəsindən qorumağın yollarını araşdırır.
NASA Yer kürəsinə yaxın ölçüsü bir kilometrdən böyük olan asteroidlərin 95 faizini kataloqlaşdırıb. Agentlik bildirir ki, bu ölçüdə planetə gələcəkdə təhlükə törədən heç bir asteroid mövcud deyil.