Bakıda qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə özünü binadan atıb.
TƏBİB-dən “Report”a verilən məlumata görə, hadisə paytaxtın Yeni Yasamal ərazisində qeydə alınıb.Belə ki, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib.
Bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-stabildir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır.
Qeyd edək ki, Bakıda 8 mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.
Faktla bağlı araşdırma aparılır.
