Bakıda vərəm xəstəsi özünü bıçaqladı

Bakıda vərəm xəstəsi özünü bıçaqladı backend

Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Diaspora