Yardımlıda silahlı insident: ata və oğlu öldürüldü

Yardımlıda silahlı insident: ata və oğlu öldürüldü backend

Yardımlı rayonunda odlu silahdan açılan atəş nəticəsində iki nəfər ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Eçara kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir.

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Diaspora