Bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparıb.
"Kommersant.az" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapıb:"Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmayıblar ki, bunun kim olduğunu bilək”, - deyə videoda qeyd olunub.