Azərbaycanda külək toy çadırını uçurdu: Məclis dayandırıldı

Azərbaycanda külək toy çadırını uçurdu: Məclis dayandırıldı backend

Ağcabədidə güclü külək toy çadırını uçurub.

APA-nın xəbərinə görə, hadisə rayonun Hacılar kəndində qeydə alınıb.

Kənd sakini Həsən Kərimovun övladının toy məclisi üçün quraşdırılmış çadırı külək uçurub. Bu səbəbdən toy məclisi yarımçıq dayandırılıb.

Xəsarət alan yoxdur.